Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nəcəf Şikarovun ailəsini ziyarət edib.
Azərbaycan Ordusunun kapitanı Nəcəf Şikarov vətən müharibəsinin başladığı ilk gündən Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib, keçdiyi döyüş yolundan, vətənə olan sevgisindən bəhs edilib. Qeyd olunub ki, bütün şəhidlərimiz kimi Nəcəf Şikarovun da əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
Dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarını geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunub. Şəhidimizin ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilib, sosial ödənişlər təyin edilib.
Şəhidin ailəsinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!